TAFRİXƏ BAXIŞ: Digər klublarımıza aman verməyən Polşa təmsilçiləri və onlara rəhm etməyən “Qarabağ” Futbol Klubu

 14-06-2022

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi Polşa çempionu “Lex” oldu.

MillətinSəsi.info-ın xəbərinə görə, bu komanda Azərbaycana çox tanışdır.

Belə ki, Azərbaycan klubları indiyədək Poznan klubuna dörd dəfə püşkdə rəqib olub. İndiyədək “Karvan” (Yevlax), “Xəzər Lənkəran” (iki dəfə) və “İnter” (indiki “Şamaxı”) “Lex”lə qarşılaşıb.

Bu səkkiz matçda komandalarımız cəmi bir dəfə qələbə qazanıb, bir heç-heçə edib və altı dəfə məğlubiyyət alıb. Heç bir halda komandalarımız mərhələ adlamağı bacarmayıb.

2005/2006

İntertoto Kuboku

I təsnifat mərhələsi

“Karvan” (Yevlax) – “Lex” (1:2, 0:2)

2008/2009

UEFA Kuboku

I təsnifat mərhələsi

“Xəzər Lənkəran” – “Lex” (0:1, 1:4)

2010/2011

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi

“İnter” – “Lex” (0:1, 1:0; penaltilər – 8:9)

2012/2013

UEFA Avropa Liqası

II təsnifat mərhələsi

“Xəzər Lənkəran” – “Lex” (1:1, 0:1)

Onu da qeyd edək ki, “Qarabağ” Polşa klublarına heç vaxt uduzmayıb. Bunadək komandamız üç dəfə bu ölkənin klubları ilə avrokuboklarda rəqib olub. Dörd dəfə “Qarabağ” qalib gəlibsə, bir matçda heç-heçə qeydə alınıb.

2010/2011

UEFA Avropa Liqası

III təsnifat mərhələsi

“Qarabağ” – “Visva” (1:0, 3:2)

2013/2014

UEFA Avropa Liqası

II təsnifat mərhələsi

“Qarabağ” – “Pyast” (2:2, 2:1)

2020/2021

UEFA Avropa Liqası

Pley-off mərhələsi

“Qarabağ” – “Legiya” (3:0, pandemiyaya görə cavab oyunu keçirilməyib)

Səbuhi Musa

Bənzər yazılar

0.20619010925293