“Vaşinqton lazım gələrsə, İrana qarşı sərt davranmağa hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə El Salvador Prezidenti Nayib Bukele ilə görüşü zamanı jurnalistlərə deyib.
“Bu, çox sadədir. İranın nüvə silahı ola bilməz və onlar ABŞ ilə danışıqlarda cəld hərəkət etməlidirlər, çünki nüvə silahına sahib olmağa yaxındırlar və bu silahlara sahib olmayacaqlar. Və əgər çox sərt bir şey etməliyiksə, bunu edəcəyik”, - Tramp deyib.
Ondan bu tədbirlərə İranın nüvə obyektlərinə zərbələrin daxil olub-olmaması soruşulub.
“Əlbəttə”, - ABŞ prezidenti cavab verib.
Xatırladaq ki, aprelin 12-də Omanda Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün Maskatın vasitəçi olduğu danışıqlar aparılıb. Danışıqların ikinci raundu aprelin 19-da baş tutacaq.