Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 fevral tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanın mətnini təqdim edir:
- 1. “Ramiz Mehdiyev” sözləri “İsa Həbibbəyli” sözləri ilə əvəz edilsin.
- 2. “Əbülfəs Qarayev” sözləri “Adil Kərimli” sözləri ilə əvəz edilsin.
- 3. “Oqtay Şirəliyev” sözləri “Teymur Musayev” sözləri ilə əvəz edilsin.
- 4. “Ceyhun Bayramov – Azərbaycan Respublikasının Təhsil naziri” sözləri “Emin Əmrullayev – Azərbaycan Respublikasının elm və təhsil naziri” sözləri ilə əvəz edilsin.
- 5. “İbrahim Quliyev” sözləri “Arif Həşimov” sözləri ilə əvəz edilsin.
- 6. “İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti” sözləri “İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti” sözləri ilə əvəz edilsin.
- 7. “Ömər Eldarov” sözləri “Natiq Əliyev” sözləri ilə əvəz edilsin.
- 8. “Natiq Əliyev – Xalq rəssamı” sözləri “Ömər Eldarov – Xalq rəssamı” sözləri ilə əvəz edilsin.