Seymur Orucov tenderi bu şirkətə verdi – Külli miqdarda vergi borcu var

 27-07-2023

Ağstafa Rayonu İcra Hakimiyyəti başçısı Seymur Orucovun Ağstafa Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin “Ağstafa şəhərində abadlıq işlərinin satınalınması” ilə ağlı elan etdiyi elan etdiyi tender başa çatıb.

32gun.az-ın məlumatına görə, sözügedən tenderin qalibi “Topxana Layihə İnşaat” MMC seçilib. Tərəflər arsında 455.362 AZN-lik müqavilə imzalanıb.

Əldə etdiyimiz məlumata görə, qalib şirkətin dövlətə külli miqdarda vergi borcu mövcuddur. Belə ki, “Topxana Layihə İnşaat” MMC-nin hazırki vergi borcu 191557.82 AZN təşkil edir.

Qeyd edək ki, Əli Bayramovun rəhbərlik etdiyi “Topxana Layihə İnşaat” MMC 1996-cı ildə yaradılıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyatına alınıb.

Xatıladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.

Bənzər yazılar

0.20584607124329