Avropalı deputat Radoslav Sikorski: “Qərb Ukraynaya nüvə başlıqları verə bilər”

 12-06-2022

Polşanın keçmiş xarici işlər naziri, hazırda isə Avropa Parlamentinin üzvü olan Radoslav Sikorski bildirib ki, Qərb hökumətləri ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün Kiyevi nüvə silahı ilə təmin etməlidir.

“Rusiya Budapeşt Memorandumunu pozduğuna görə, mən hesab edirəm ki, Qərb müstəqilliyini qoruya bilməsi üçün Ukraynaya nüvə başlıqları verə bilər”, – deyə o, “Espresso” telekanalının efirində vurğulayıb.

Sikorski Avropanın Ukraynanın təhlükəsizlik təminatının pozulmasına heç bir reaksiya vermədiyini və itkiləri kompensasiya etmək üçün heç bir iş görmədiyini bildirib.

Onun sözlərinə görə, Rusiya Budapeşt Memorandumunu pozub və Ukraynanın təhlükəsizliyinin təminatçıları sırasında olan Qərb də itkiləri kompensasiya etmək üçün heç nə etməyib.

Bənzər yazılar

0.22337794303894