Neftçilər prospektində təmir başladı, tıxac yarandı 

 25-07-2023

Neftçilər prospektinin bir hissəsində asfalt örtüyü dəyişdirilir.

“Qafqazinfo” xəbər verir ki, təmirlə bağlı Dəniz Vağzalından “Port Baku”ya kimi yolun sağ hissəsində avtomobillərin hərəkəti dayandırılıb.

Hazırda həmin istiqamətdə sıxlıq müşahidə olunur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, yaxın 4-5 gün ərzində Neftçilər prospekti boyunca - Yusif Səfərov istiqamətində fasilələrlə təmir işləri aparılacaq. Bu səbəbdən sürücülərdən anlayış göstərmələri xahiş olunur.

Bənzər yazılar

0.34070491790771