Ukraynada mühasirədə qalan azərbaycanlılar son vəziyyəti AÇIQLADILAR

 12-03-2022

“Bu sabah ölkənin bir çox şəhərlərində: Kiyev, Xarkov, Dnepr, Odessa, Lvov, Kryvyi Roq, Zaporojye, Poltava, İvano-Frankovsk, Uman, Volın, Dnepropetrovsk, Kirovoqrad, Ternopol, Xmelnitski, Rovno, Sumi və Çernovtsıda hava hücumu xəbərdarlığı verilib”.

MillətinSəsi.info xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Şurasının baş katibi Ceyhun Kəsəmən sosial şəbəkə hesabına yazıb.

Paylaşımda Ukraynanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar olduqları yerlərdən son vəziyyəti çatdırıblar.

Xersondan Dəyanət Məmmədov bildirib ki, işğalda olan şəhərdə nisbi sakitçilikdir: “Kapani yolu qismən açılıb, ciddi yoxlamadan qida və tərəvəz almaq üçün keçmək olur. “Novıy Smak” adlı çörək seximiz işləyir və soydaşlarımıza və ehtiyacı olanlara çörək, yağ, şəkər yardımı olunur. Diaspor sədrimiz Elman Ağayev soydaşlarımıza dayaq olur, madd-mənəvi yardımlar edir. Hər kəs səbirsizliklə humanitar koridorun açılmağını gözləyir”.

Həmyerlimiz Nadir Zeynalzadə Dneprə raket atıldığını deyir: “Bu sabah Dneprə olan raket zərbəsinin qarşısı Ukrayna HHM sistəmləri tərəfindən alınıb. Raket havada məhv edilib”.

Yusif Məmmədovun sözlərinə görə, Kirovoqrad aeroportu vurulub: “Bu gün səhər Kirovoqrada da 5 raket atılıb. Yaxınlıqda olan aeroportu vurdular”.

Rovnodan Eyyub bəy deyir ki, şəhərdə sakitçilikdir: “Şəhərdə ara sıra həyacan siqnalı olub. Ətraflara raket atıldığı məlumatı var. Amma şəhərdə sakitçilikdir”.

Zaur Ağabəyov Nikolayevin intensiz raket atəşi altında olduğunu bildirib: “Dünən axşamdan etibarən hava həyəcan siqnalı var. Şəhər intensif raket atəşi altındadır. İnşallah qalib gələcəyik”.

Paylaşımda qeyd edilir ki, hələlik rus ordusu Kiyevə qarşı hücum əməliyyatlarını dayandırıb: “Lakin paytaxtı mühasirəyə almaq niyyətindən əl çəkməyib. Kiyevin müdafiəsi güclüdür və düşməni daim itkilər verməyə və yenidən qruplaşmağa məcbur edir”.

Bənzər yazılar

0.43686389923096