İngiltərədə PKK tərəfdarları azərbaycanlıya HÜCÜM ETDİ

 12-06-2022

PKK terror təşkilatının tərəfdarları İngiltərədə azərbaycanlıya hücum ediblər.

Məlumata görə, BBC-nin İngiltərədəki mərkəzi ofisi qarşısında toplaşaraq yürüşə başlayan və Türkiyə əleyhinə aksiya keçirən PKK terror təşkilatının tərəfdarları əslən Azərbaycandan olan bir nəfərə hücum edərək ona xəsarət yetiriblər. Polis hadisəyə müdaxilə edib. Bundan sonra terror təşkilatının tərəfdarları yürüşlərini Baş nazirin iqamətgahına doğru davam etdiriblər.

"Bütün kişilər və qadınlar mənə hücum etdi. Məni polis qorudu, marketin içərisinə apardılar", - hücuma məruz qalan azərbaycanlı deyib.

Təhlükəsizliyindən narahat olduğunu deyən soydaşımız "Ola bilsin, ətrafımda məni izləyirlər, güdürlər", - əlavə edib.

Bənzər yazılar

0.20752191543579