Ana uşağına DAĞ BASDI: “Məni cinlər məcbur etdi” - FOTOFAKT

 12-03-2022

Azərbaycanda ana uşağına işgəncə verib.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib:  “Bu gün sığınacağa yerləşdirilən körpəmizdir. Anası bildirirdi ki, "cinlər məni məcbur etdi, çırpdım uşağı yerə..." Çırpılmaqdan uşağın üzü bu günə düşməz. Demək ki, cinlər ritual həyata keçirib...”

Ağazadə Lent.az-a açıqlamasında isə uşağın anasının ruhi xəstə olduğunu vurğuladı: “Uşağın anası qeydiyyatda olan ruhi xəstədir. Hazırda dispanserə yerləşdirilib. Uşağı bizə 40-cı bölmənin polisləri gətirib, vəziyyəti normaldır”.

Bənzər yazılar

0.14591503143311