Bakıda yüksək vəzifə daşıyan Rusiya vətəndaşı ÖLKƏDƏN ÇIXARILIR

 11-06-2022

Dövlət Miqrasiya Xidməti Rusiya vətəndaşı Vadim Dronov və onun ailə üzvlərinə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina edib.

Yeniavaz.com xəbər verir ki, Vadim Dronov 3 ildən artıqdır ölkənin aparıcı otellərindən biri olan “Fairmont Baku” (“Alov Qüllələri”) otelinin direktoru vəzifəsində çalır.

Məlumat üçün onu da qeyd edək ki, dünən Dövlət Miqrasiya Xidməti açıqlama verərək Rusiyanın “Sputnik” xəbər agentliyinin Azərbaycandakı nümayəndəliyinin baş redaktoru Belarus vətəndaşı Antonava Tryzno Veranikaya və onun həyat yoldaşı Pavel Antonova Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina edildiyini bildirib.

Bənzər yazılar

0.49167013168335