Azərbaycanın məşhur şirkətinin rəhbəri Dövlət Xidmətini məhkəməyə verdi

 23-07-2023

Azərbaycanın məşhur distrubitor şirkəti “Unitrade Group” MMC baş direktoru dövlət xidmətini məhkəməyə verib. 

Valyuta.az-ın məlumatına görə, nizamnamə kapitalı 100 000 AZN olan şirkətin qanuni təmsilçisi Əliyev Fuad Şakir oğlu barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (Əmək qanunvericiliyinin pozulması, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokoldan narazı qalan Fuad Əliyev Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edib.  

Qeyd edək ki, “Unitrade Group” MMC “İmprotex Group” MMC tərəfindən yaradılıb. Şirkət dünyanın ən məşhur brendləri olan BMW, MINI, Rolls-Royce, MAN, Yamaha, Lohr Industrie, Frayler Industrybau GmbH, Princess Yachts və digər şirkətlərin rəsmi distrubitorudur. 

“İmprotex Group” MMC-nin isə əsl sahibi keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur.  Fuad Əliyev həm də “İntend” MMC-nin qanuni təmsilçisidir. Bu şirkətin nizamnamə kapitalı 10 000 AZN-dir. Şirkəti 8 aprel 2016-cı ildə qeydiyyata alınıb.

Bənzər yazılar

0.17478013038635