Mərkəzi Bankın valyuta ehtiyatları 575 milyon dollar azalıb

 05-08-2025

Bu ilin iyul ayında Mərkəzi Bankın valyuta ehtiyatları 37,3 milyon dollar və ya 0,3% artaraq 11 milyard 191,2 milyon dollara yüksəlib.

Yeniavaz.com xəbər verir ki, ötən bir il ərzində isə valyuta ehtiyatları 574,5 milyon dollar və ya 4,9% azalıb.

Qeyd edək ki, 2024-cü ilin iyul ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 765,7 milyon dollar həddində olub.

Məlumat üçün bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub.

Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib. Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib – 1 milyard 238 milyon dollar.

Elnur Əli

Bənzər yazılar

0.069706916809082