Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun qardaşı dövlət qurumunu məhkəməyə verib.
Valyuta.az-ın məlumatına görə, generalın qardaşı Əhmədov Əvəz Hüseyn oğlu Naxçıvan MR Naxçıvan Şəhəri İcra Hakimiyyəti barəsində məhkəmə iddiası qaldırıb.
Məhkəmə çəkişməsinin səbəbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.
İddiaya Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin hakimi Elnur Hüseynovun sədrliyi ilə baxılacaq.