Azərbaycanda zəlzələ oldu

 21-07-2023

Qəbələdə zəlzələ baş verib. Qəbələdə baş verən zəlzələnin maqnitudası 3.3 olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, saat 21.20 radələrində yüngül silkələnmə hiss olunub.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:17-də Qəbələ stansiyasından 20 km şimalda, Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub.

Mərkəzdən o da bildirilib ki, episentr Yer səthinə yaxın olduğuna görə zəlzələ hiss olunub.

Bənzər yazılar

0.35420298576355