Xarici biznes Rusiyada öz müəssisələrində iki milyon iş yeri yaradır, daha 4-6 milyon vətəndaşın işi dolayısı ilə bu şirkətlərlə bağlıdır. Müvafiq olaraq, Rusiya Ukraynada müharibəni davam etdirərsə, ən azı iki milyon rusiyalı işsiz qala bilər.
Bu barədə Strateji Araşdırmalar Mərkəzinin ekspertləri tərəfindən hazırlanmış “Yeni İqtisadi Şəraitdə Xarici Biznesin Təsviri” araşdırmasında deyilir.
Ukraynada müharibənin başlaması və Qərbin sanksiyalarının tətbiqindən sonra Rusiya bazarında fəaliyyətini dayandıran və ya hər hansı şəkildə məhdudlaşdıran şirkətlərdə 350 minə qədər rusiyalının işlədiyi vurğulanır. Hesablamalara görə, xarici şirkətlərin bu qərarlarından ən çox zərər çəkənlər qida və kimya sənayesinin, eləcə də avtomobil sənayesinin işçiləri olub. Regionlar arasında ən çətin vəziyyət Kaluqa və Novqorod vilayətlərindədir.
Bundan əvvəl bildirilmişdi ki, Rusiyada bir çox müəssisə xərcləri, o cümlədən işçilərin maaşlarını azaltmağa başlayıb. Rusiya Federasiyasının əmək bazarının əsas ekspertlərindən biri, professor Aleksandr Safonov bu yaxınlarda verdiyi müsahibədə belə davam edəcəyi təqdirdə işçilərin ixtisarı və işsizliyin pik həddə çatacağını proqnozlaşdırıb.
Mənbə: ZN.ua