Millətlər Liqası: Fransa və Qazaxıstan xal itirdi, Xorvatiya ilk qələbəsini qazandı - VİDEO

 11-06-2022

UEFA Millətlər Liqasında III turun növbəti matçları keçirilib.

İkinci oyun günündə A, B, C və D liqalarında 7 qarşılaşma təşkil olunub.

A Liqasında 1-ci qrupun görüşlərində Avstriya Fransa üzərində qələbəni əldən verib - 1:1. Son dünya çempionlarını məğlubiyyətdən Kilian Mbappe xilas edib.

Lider Danimarka isə Xorvatiyaya uduzub.

B Liqasında 2-ci qrupun cəmi 1 oyunu baş tutub. Bu görüş Albaniya və İsrail arasında olub. Görüş qonaqların əzmkar qələbəsi ilə yekunalşıb - 2:1.

Rusiya yarışdan kənarlaşdırıldığı üçün İslandiya istirahət edib.

C Liqasında 3-cü qrupun qarşılaşmalarına gəldikdə, Azərbaycan yığması Slovakiya ilə qarşılaşmada minimal hesabla uduzub.

Belarus isə Qazaxıstanla görüşdə məğlubiyyətdən xilas olmağı bacarıb.

Nəhayət, D Liqasında 1-ci qrupun görüşlərində Moldova ardıcıl üçüncü məğlubiyyətini evdə Latviyadan alıb - 2:4.

Andorra isə evdə Lixtenşteyni məğlub etməyi bacarıb - 2:1.

10 iyun
Millətlər Liqası, III tur

A Liqası, 1-ci qrup
Avstriya - Fransa - 1:1
Qollar:
Andreas Vayman, 37 - Kilian Mbappe, 83

Danimarka - Xorvatiya - 0:1
Qol:
Mario Paşaliç, 69

B Liqası, 2-ci qrup

Albaniya - İsrail - 1:2
Qollar:
Armando Broya, 45+2 - Manor Solomon, 57; 73

C Liqası, 3-cü qrup

Azərbaycan - Slovakiya - 0:1
Qol:
Vladimir Vayss, 81

Belarus - Qazaxıstan - 1:1
Qollar:
Vladislav Malkeviç, 84 - Abat Aymbetov, 13

D Liqası, 1-ci qrup

Moldova - Latviya - 2:4
Qollar:
İon Nikolaesku, 6 (pen.). Nikita Motspan, 64 - Vladislav Qutkovski, 19; 60. Yanis İkaunyek, 26; 75

Andorra - Lixtenşteyn - 2:1
Qollar:
Xordi Alaes, 78 (pen.). Jezus Rubyo, 82 - Livio Mayer, 90+3

Bənzər yazılar

0.19292402267456