Emin Əmrullayev təhsildəki problemləri TƏSDİQ ETDİ: "Azərbaycan təhsilində çox ciddi PROBLEMLƏR VAR"

 10-06-2022

“Təhsilin keyfiyyəti ən vacib sualdır, nəinki kəmiyyət göstəriciləri. Uzunmüddətli vədədə kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçmə imkanı var. Təhsil naziri olaraq Azərbaycanda təhsilin keyfiyyətinin yüksək olması ilə bağlı iddiada olmamışam”. 

MillətinSəsi.info Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib. 

O qeyd edib ki, Azərbaycan təhsilində çox ciddi problemlər var. Problemləri həll etmək üçün onların köklərini tapmaq lazımdır: “Bölgələrə baxanda maraqlı şəkil görürük. Məsələn, Qax rayonu, onun yanında olan Oğuz rayonu, məcburi köçkün rayonu -  Qubadlı və ya Naxçıvan. Rayonların iqtisadi vəziyyətinə baxımda hamısı aşağı-yuxarı eyni görünür.

Lakin nəticələr fərqlidir. Məsələn Qax təhsil baxımından Bakıdan yaxşı nəticə göstərir. O rayonlarda ki, məktəbəqədər təhsilin əhatəlilik səviyyəsi yaxşıdır, orada yüksək nəticə olur. Hansı rayonlarda ki, əhalinin ali təhsilli insanlarının payı və çəkisi yuxarıdır, orada nəticə yüksək olur. Burada bir ənənə məsələsi də var. Məsələn, Sumqayıt şəhərində bir neçə il əvvəl müəllimlərin qeyri-rəsmi sertifikasiyası aparılıb. Həm də bu səbəbdən orada da nəticələr yaxşıdır. 

Azərbaycan bir ölkədir, eyni qaydalarla idarə olunur. Lakin fərqlərin olması düşünmək üçün başlanğıc nöqtə olmalıdır”. 

Bənzər yazılar

0.20555806159973