Rektorun bankı barəsində protokol tərtib olunub

 19-07-2023

“Muğanbank” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati iş başlanıb. 

Valyuta.az xəbər verir ki, bank İnzibati Xətalar Məcələssinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham olunur. 

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

347-ci maddəyə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

“Muğanbank” ASC “Odlar Yurdu” Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin bankı kimi tanınır. 

Bənzər yazılar

0.24136781692505