Kollegiya iyunun 17-də Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı müraciətlərə dair rəy layihəsinə baxacaq. Bu barədə Avropa Komissiyasının nümayəndəsi Erik Mamer deyib.
“Bu məsələ liderlər tərəfindən növbəti sammitdə müzakirə olunacaq. Gələn bazar ertəsi Komissarlar Kollecində bu məsələ ilə bağlı indikativ debat olacaq, bundan sonra çərşənbə günü Avropa Komissarları Kollecinin həftəlik iclası olacaq. Bu (rəy layihəsinin nəzərdən keçirilməsi – red.), 15 iyun deyil, 17 iyun cümə günü baş tutacaq”, - deyə o bildirib.
Mamerin sözlərinə görə, rəsmi təklif təqdim edilməmişdən əvvəl məsələnin siyasi nöqteyi-nəzərdən müzakirəsi üçün indikativ debatlar lazımdır.
Aİ sammiti iyunun 23-24-də baş tutacaq.
Mənbə: Evropeyskaya pravda