Rusiya İstintaq Komitəsi gənc qızı zorlayaraq öldürən və cəsədini gizlətmək üçün zirzəmidə basdıraraq üzərinə beton tökən şəxsin ilkin ifadəsini əks etdirən videonu yayımlayıb.
Həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına cinayəti necə törətdiyini göstərib.
45 yaşlı Saratov sakini təcavüz etdiyi qızı bir neçə dəfə əli ilə, sonra isə metal əşya ilə başından vurub. Kişi günahını qismən boynuna alıb.
İstintaqın məlumatına görə, iyunun 6-na keçən gecə cani avtomobili ilə Saratov şəhərinin Çernışevski küçəsindəki evlərin yanından keçərək 20 yaşlı qızı avtomobilinə mindirib. Onu birgə yaşadığı qadına məxsus qaraja gətirib və orada zorlayaraq öldürüb. Həmin şəxs qarajın zirzəmisində çuxur qazıb, meyiti orada gizlədib və üzərinə beton töküb.
Məhkəmə-tibbi ekspertizası baş nahiyəsinin küt travmasının qızın ölümünə olduğunu müəyyən edib. Onun cəsədi iyunun 8-də tapılıb.
Mənbə: lenta.ru