Rusiyanı tərk edən “Victoria's Secret” brendi Moskvadakı “Metropolis” ticarət mərkəzində gizli satış həyata keçirərək, mağazalarında qalan məhsullarını satışa çıxarıb.
Tədbir geniş ictimaiyyətə bildirilmədiyindən, bu barədə ancaq “seçilmişlər” xəbərdar olub.
Lüzumsuz şübhə doğurmamaq üçün mağazaya gələn hər kəs oraya arxa girişdən aparılıb.
Amma məşhur marka bütün sirlərin mütləq bir gün açılacağını nəzərə almayıb.
Mənbə: moslenta.ru