Uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri, hazırda Dövlət İmtahan Mərkəzinin ( DİM ) Direktorlar Şurasının sədri olan Məleykə Abbaszadə barəsində yazmaq üçün, məncə, biraz uzaqdan başlamaq lazımdır.
Ötən əsrin 90-cı illərində Prezident Aparatının rəhbəri cənab Ramiz Mehdiyev Azərbaycan təhsilinə, mədəniyyətinə, səhiyyəsinə elə “minalar” basırıb ki, hələ uzun illər bu minaları təmizləməklə məşğul olmalıyıq.
Ancaq Ramiz Mehdiyevin konkret dəstəyi ilə Prezident Aparatında Humanitar şöbənin müdiri işləyən Fatma Abdullazadə və onun rəfiqəsi, TQDK sədri olan Məleykə Abbaszadə Azərbaycan mədəniyyətinə, təhsilənə sağalmaz yaralar vurublar. Hər iki sahədə rüşvətxorluq və korrupsiya halları baş alıb gedib.
Məsələn, Fatma Abdullazadə “Əməkdar artist”, “Xalq artisti”, “İncəsənət xadimi” adları 5-10 minə verirdi. Hətta bu barədə millət vəkili, tanınmış sənətçi Zeynəb Xanlarova Milli Məclisin tribunasından haray saldı.
Bəli, Fatma Abdullazadənin qardaşı, xristian dininin qəbul edən və adını dəyişən Eldar –Edik hazırda Fransada Fatmanın, daha doğrusu, Ramiz Mehditevin biznesini idarə edir.
Fatma Abdullazadənin Beynəlxalq Banka 100 min dollar borcu var idi. Onun axırı nə oldu? Görəsən, bu adamlar niyə həbs olunmur, dövlətə dəyən ziyan ödənilmir?
Yeri gəlmişkən, rüşvətxor məmurlardan biri də Bakı Slavyan Universitetinin sabiq rektoru, Fatma Abdullazadənin “podruqası” Nurlana Əliyevadır.
Ümumiyyətlə, Ramiz Mehdiyevin yaratdığı Fatma - Nurlana - Məleykə triosu Azərbaycana dəhşətli zərbələr vurub. Bunların bu günədək cəzasız qalması heç bir məntiqə sığmır.
İndi isə keçək DİM sədri Məleykə Abbaszadənin məsələsinə.
Keçmiş səhiyyə naziri Əli İnsanovun siyasi tərəfini bir kənara qoyaq və onun səsləndirdiyi bir fikrə nəzər salaq: "Tibb Universitetinə qəbul olmaq üçün TQDK rüşvətin qarşılığında 12 bal toplayan məzunun nəticəsinin qarşısına 6 ( 6-12 ) yazmaqla xeyli məzunu ATU-ya tələbə ediblər.
Bax, ona görə də bu gün səhiyyəmiz “çiçəklənir”, ölkədə bir normal həkim tapmaq müşkülə çevrilib. Bəli, bu heç kimə sirr deyil ki, TQDK uzun illər rüşvət və korrupsiya yuvasıdır.
Çoxları sadəlövhcəsinə düşünür ki, məzunlar hamısı kompüterdə imtahan verir, hansı rüşvətdən söhbət gedə bilər?!
Bəli, yadınıza salmaq istəyirəm ki, bir neçə il əvvəl TQDK-nın bunkerindəki sualların satılmasına görə xeyli sayda əməkdaş həbs olundu! Guya bunu TQDK sədri Məleykə Abbaszadə bilmirdi? Məleykə Abbbaszadə bu gün Azərbaycanda ən varlı məmurlardan biridir.
Çoxları hələ də TQDK-da nələr baş verdiyini anlaya bilmir. Anlayanlar da əlacsız durub baxır. Biz TQDK-nın bunkerində baş verən gizli əməllər barədə çox dərinə getmək istəmirik.
Amma bu bunkerin hesabına Məleykə və onun "kuratorlar" yüz milyonlar qazanıblar.
TQDK-nın mətbuat katibi, xaricdə gizlənən sabiqlərdən olan Elnur Nağızadə ilə bağlı baş verənlərin axırı nə oldu? Elnur Nağızadə ali məktəblərə qəbul adı ilə 150 min dollar rüşvət almışdı. Xaricdən bəyan etmişdi ki, pulu Məleykəyə verib. Sonra cinayət işi açıldı. Bəs həmin cinayətin axırı nə oldu?
Əlbəttə, o zaman Ramiz Mehdiyev cinayət işinin araşdırılmasına imkan vermədi.
Bəs axı bu gün Ramiz Mehdiyev PA-nın rəhbəri deyil.Bəs indi Məleykə Abbaszadəni kim müdafiə edir? Gəlin, indi isə Məleykə Abbaszadənin fəaliyyətinə başqa prizmadan nəzər salaq. Məlumdur ki, bir neçə ildir ki, TQDK Dövlət İmtahan Mərkəzinə çevrilib.
Artıq DİM təkcə tələbə qəbulu ilə deyil, həm də dövlət qulluğuna qəbul üzrə məsul qurumdur.
Bəli, kimsə birbaşa dövlət qulluğuna işə düzələ bilməz.
Bunun üçün nazirlik, komitə, yaxud dövlət agentliyi boş olan yerlərlə bağlı DİM-ə məlumat verir. DİM isə həmin yerlərə müsabiqə əsasında qəbul elan edir. Kimlər müsabiqədən "keçirilirsə", dövlət qulluğuna işə düzəlir. Daxil olan məlumata görə, Məleykə Abbaszadə, daha doğrusu, DİM müsabiqələri formal keçirir və dövlət qurumları ilə sövdələşərək, saxta qəbullar keçir. Bu prosesdə yüz minlər qazanırlar.
Bunu xalq bilirsə, guya dövlət qurumları bilmir?!
Bir daha təkrar edirk ki, dövlət qulluğuna qəbul məsələsi Məleykə və onun himayəçiləri kimilər üçün əsl sərfəli biznesə çevrilib. Artıq xalqda belə fikir formalaşıb ki, Məleykə Abbaszadə və bir neçə rüşvət və korrupsiya aşiqləri hakimiyyəti elə valeh ediblər ki, onları göz bəbəyi kimi qoruyur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə gundelik-baku.com