Rusiya XİN Sergey Lavrovun Fərrux kəndi ilə bağlı dediklərinə DÜZƏLİŞ ETDİ

 09-06-2022

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında Sergey Lavrovun İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Xocalının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə düzəliş edilib.

Belə ki, Lavrovun Fərrux kəndi ilə bağlı ünvanlanan suala cavabı aşağıdakı redaktədə verilib:

“Qarabağda vəziyyətin deeskalasiyası baxımından müəyyən nəticələr var. Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək”.

Xatırladaq ki, Rusiya XİN başçısı brifinqdə Fərrux kəndi ilə bağlı sualı cavablandırarkən bu məsələnin delimitasiya prosesi çərçivəsində həll edilməli olduğunu iddia edib.

Bənzər yazılar

0.20434904098511