Heydər Babayevin bankı ilə hərrac mərkəzi arasında qalmaqal

 15-07-2023

"Bank Standard” Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-ni məhkəməyə verib.

Qaynarinfo.az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.

İşin mahiyyəti barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

"Bank Standard” QSC 29 dekabr 1998-ci ildə qeydiyyata alınıb. Qanuni təmsilçisi Piriyev Tural Qüvrət oğludur.

Hazırda ləğv prosesində olan "Bank Standard” keçmiş nazir Heydər Babayevin bankı kimi tanınıb.

Heydər Babayev 2005-2008-ci illərdə iqtisadi inkişaf naziri olub.

O vəzifədən çıxandan sonra bir çox biznes strukturlarının, o cümlədən "Bank Standard”ın durumu pisləşib.

Bənzər yazılar

0.17235398292542