Toyda məhkəmə katibini döyən POLİS İŞDƏN ÇIXARILDI

 08-06-2022

Xəbər verdiyimiz kimi, iyunun 4-də Kürdəmir rayonunda keçirilən toy mərasimlərindən birində rayon məhkəməsinin katibi Yaşar Cəbiyevlə rayon polis şöbəsinin əməkdaşı, polis kapitanı Vüsal Kərimov arasında münaqişə baş verib. 

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu məsələ dərhal DİN tərəfindən nəzarətə götürülməklə xidməti yoxlamalara başlanılıb:

“Polis kapitanı V.Kərimov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb. Hazırda araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, hadisə rayondakı “Nicat Plaza” şadlıq sarayında qeydə alınıb. Belə ki, toy mərasiminin sonuna yaxın orada qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib və dava-dalaş düşüb. Bu zaman V.Kərimov məhkəmə katibini vuraraq ona xəsarətlər yetirib.

Bənzər yazılar

0.37446999549866