Öldürülən iş adamının qızı məhkəməyə verildi

 10-07-2023

Azərbaycanda öldürülən iş adamının qızı məhkəməyə verilib.

“Ölkə.Az”ın məlumatına görə, Əliyeva Dilarə Məmli qızı və Əliyev Vilayət Şahmalı oğlu Bəkirova Elnarə Kamran qızı ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq məhkəmə işinin mahiyyəti açıqlanmayıb.

Hazırlıq iclası 27.07.2023-cü il saat 12:40-a təyin edilib.

Qeyd edək ki, E. Bəkirova cari ilin aprelin 6-da Bakıda Sabunçu rayonu, Nardaran qəsəbəsi Ləhiş bağlarında qətlə yetirilən iş adamı Kamran Bəkirovun qızıdır.

 

Bənzər yazılar

0.33086895942688