Akademik Zərifə Əliyev adına liseyin müəllimləri Çelikin "HADİ İÇƏLİM" MAHNISINI OYNAYIR

 06-06-2022

Sosial şəbəkədə Akademik Zərifə Əliyev adına liseyin müəllimlərinin videosu yayılıb.

MillətinSəsi.info teleqraf.com-a istinadən xəbər verir ki, iddialara görə, görüntülər təhsil kompleksində çəkilib. Görüntülərdə müəllim göbək rəqsi oynayır, təşkilati işlər üzrə direktor müavini Axundova Nigar müəllimin sinəsinə pul basır.

Məlumata görə, liseydə direktor vəzifəsini icra edən Aynur Hüseynova təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın yaxın qohumudur.

Liseylə əlaqə yaratmağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Bakı Şəhər Təhsil İdarəsindən birildirilib ki, lisey onların tabeliyində deyil. Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev baş verən hadisəni qınayıb və məktəb rəhbərliyinin cəzalandırılmasını tələb edib:

"Zərifə xanım Əliyevanın adını daşıyan Liseydə müəllim adına yaraşmayan hərəkətlərə yol vermək bağışlanmazdır. Liseyin direktoru və onun himayəçiləri cəzalandırılmalıdır".

Bənzər yazılar

0.23023104667664