İspaniyada qadın çöl donuzunun hücumuna MƏRUZ QALIB - VİDEO

 06-06-2022

İspaniyada vəhşi donuz çimərliyə gələrək orada istirahtə edən qadını dişləyib.

Hadisə Alikante şəhərində yerləşən “Alfaz del Pi” çimərliyində baş verib.

Sudan sahilə çıxan çöl donuzu 67 yaşlı xanımın yanına qaçaraq onu ayağından dişləyib.

Qadının bu yaxınlarda dizindən əməliyyat olunduğu və heyvandan qaçıb gizlənə bilmədiyi məlum olub.

Xanımın hadisədən sonrakı vəziyyəti haqqında məlumat verilməyib.

Mənbə: “Metro”

Bənzər yazılar

1.096822977066