Əhməd Vəliyevin bankı cərimələnə bilər

 05-07-2023

“Muğanbank” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati iş başlanıb. 

Valyuta.az xəbər verir ki, bank İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə ittiham olunur. 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatındadır. 

İyulun 17-nə məhkmə baxışı iclası təyin edilib. 

İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“Muğanbank” ASC “Odlar Yurdu” Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevə məxsusdur. 

Bənzər yazılar

0.17623901367188