Gənc qız üçüncü mərtəbədən yıxıldı: Hadisənin təfərrüatı araşdırılır

 11-03-2022

Abşeron rayonunda gənc qız 3-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

2006-cı il təvəllüdlü Hüseynli Xədicə Samir qızı ehtiyatsızlıqdan 3-cü mərtəbədən yerə yıxılaraq xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bənzər yazılar

0.14734411239624