Mərdan Camalzadənin başçısı olduğu İcra Hakimiyyəti məhkəməlik oldu

 05-07-2023

Zərdab rayon İcra Hakimiyyəti məhkəməyə verilib. 

32gun.az-ın məlumatına görə, Məmmədov İntizam Nizam oğlu Şəki Apellyasiya Məhkəməsinə müraciət edərək işdən haqsız olaraq çıxarılmasını iddia edib. 

Hakim Günay Cavadovanın sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti  İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - əmək məsələləri üzrə - İşə bərpa məsələlərindən ibarətdir. 

Qeyd edək ki, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadədir. 

Bənzər yazılar

0.32077717781067