Binəqədi MKTB-nin rəisi cərimə olundu, məhkəməyə üz tutdu

 04-07-2023

Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimə edilib. 

Valyuta.az-ın məlumatına görə, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Zamanov Elmin Elbəyi oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 198.1.5 maddəsi ilə barəsində tərtib olunub.

Sözügedən maddəyə əsasən, işçilərin normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə yazılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin protokol qərarından narazı qalan rəis sözügedən qurumu məhkəməyə verib. 

İşə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayevin sədrliyi ilə baxılacaq. 

Bənzər yazılar

0.3867449760437