Azərbaycanın ən böyük bankı hesab olunan “Kapital Bank” ASC Rüstəmov Fizuli Yəhya oğlu və “Ömər-2020” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə işi bu gün - 04.07.2023-cü il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın icraatına verilib.
Məhkəmə iddiasının kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olduğu bildirilir.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan Rüstəmov Fizuli Yəhya oğlu barəsində mətbuatda bir-sıra qalmaqallı məlumat yayılıb.
2009-cu ildə yayılan məlumatda qeyd olunur ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) Rüstəmov Fizuli Yəhya oğlunu öldürmək və ona məxsus “Yəhya-Petrol” yanacaq doldurma məntəqəsini yandırmaq və partlatmaq istəyən cinayətkar şəbəkəni ifşa edib.
Məlum olub ki, cinayətkar dəstəyə bu əməlləri törətmək üçün sifariş verənlər Ağcabədi rayon polis şöbəsinin istintaq bölməsinin rəisi, polis mayoru İbrahim Ağamirov və Ağcabədi rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri vəzifəsində işləyən Bulud Quliyev olub.
2019-cu ildə isə Fizuli Rüstəmov Ağcabədi rayon Polis Şöbəsinin rəisi, polkovnik Ənvər Ağayevin şikayəti əsasında məhkəmə zalında həbs edilib.
Bildirib ki, Fizuli Rüstəmov 2019-cu il noyabrın 18-də “Youtube”da videomüraciət yayaraq onun şərəf və ləyaqətini alçaldıb.
Müəllif Elnur Əli