Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat: rəis saxlanıldı

 04-07-2023

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirib.

Əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev də saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, əməliyyat zamanı saxlanılan şöbə rəisi Rahim Ağayev iki ilə yaxındır sözügedən vəzifəni tuturdu.

Bu vəzifəyə kimi, Rahim Ağayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsinin rəisi vəzifəsində çalışıb. 

Hərbi rütbəsi polkovnik-leytenant olan Rahim Ağayev "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Qeyd olunan məsələ ilə bağlı sorğuya cavab olaraq, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən fakt təsdiq edilib. Bildirilib ki, ətraflı məlumat veriləcək.

 

Bənzər yazılar

0.32667994499207