Publika.az sizi yaponların tənbəlliyə qarşı uğur fəlsəfəsi ilə tanış edir.
1. Ikiagi
Həyatdakı məqsədinizi kəşf edin. Hər səhər nə üçün oyandığınızı müəyyənləşdirin. Güclü tərəflərinizə, maraq və ehtiraslarınıza, eyni zamanda dünyanın ehtiyaclarına uyğun bir hədəf seçin. Həyatı mənalı edən də budur.
2. Kaizen
Hər gün özünüzü daha da təkmilləşdirin. Hər şeyi eyni anda yerinə yetirmək məcburiyyətində deyilsiniz, sadəcə çalışmalısınız ki, hər gün bir addım öndə olasınız.
3. Pomodro texnikası
25 dəqiqə işləyin, 5 dəqiqə fasilə verin, sonra yenidən təkrarlayın. Bu, həm fikrinizi kökləməyə kömək edəcək, həm də enerji tükənməsinin qarşısını alacaq. Daha çox məhsuldar olmaq istəyirsənsə, oyunun qaydalarını dəyiş.
4. Hara Hachi Bu
Hər zaman 80 faiz doyana qədər yeyin və gün ərzində özünüzü daha enerjili hiss edin. Beləliklə, axşamlar qarnınızda köp və narahatlıq hiss etməyəcəksiniz.
5. Shoshin
Vəzifələrinizə naşı fikirlərlə yanaşın. Mükəmməl olmağa çalışmayın, bütün cavabları bilmək məcburiyyətində deyilsiniz. Sadəcə öyrənməyə və yeniliklərə açıq olun. Yeni nələrsə sınamaqdan qorxmayın.
6. Vabi-sabi
Hər xırda detalı vurğulamaqdansa, diqqətinizi vacib olana yönəldin və gözəlliyi “sadəlikdə” tapın. Mükəmməl olmaqdansa, təcrübə qazanmağa cəhd göstərin. Bu, sizə daha yaxşı nəticələr əldə etməyə kömık edəcək. Odur ki, elə indi hərəkətə keçin.
7. Meşə texnikası
Təbiətdə vaxt keçirin və təmiz hava ilə nəfəs alın. Elmi olaraq sübut olunub ki, bu, stressi azaldır və əhval-ruhiyyəni yaxşılaşdırır. Parkda gəzintiyə çıxın, təmiz havanı ciyərlərinizə çəkin və icazə verin ki, təbiət sizi yenidən canlandırsın.
8. Kakeibo
Bir büdcə hazırlayın və ona sadiq çalışın. Maddi durumunuzu nizama düşəndə, digər hədəflərinizə çatmaq üçün daha az stress keçirəcək və özünüzü daha etibarlı hiss edəcəksiniz.