Basketbol millimiz Avropa çempionatında YARIMFİNALDADIR

 04-06-2022

Basketbolun 3x3 növü üzrə millimiz Avropa çempionatının seçmə mərhələsinin yarımfinalına çıxıb.

MillətinSəsi.info xəbər verir ki, 3x3 basketbol üzrə kişilərdən ibarət milli komandamız Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində qrup oyunlarını keçirib.

B qrupunda qərarlaşan millimizin rəqibləri Kipr, Lüksemburq və Andorra komandaları olub. İlk görüşdə Kipr basketbolçuları ilə qarşılaşan yığmamız rəqibinə 19:11 hesabı ilə qalib gəlib. İkinci qarşılaşmada komandamız Lüksemburq yığması ilə qarşılaşıb və oyundan 16:10 hesablı qalibiyyətlə ayrılıb. Qrupun sonuncu oyununda millimiz Andorra basketbolçuları ilə görüşüb və meydançadan 21:13 hesabı ilə qalib ayrılıb. Qrupu ilk pillədə tamamlayan milli komandamız turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Bənzər yazılar

0.58259606361389