Həbsdə olan tanışına narkotik keçirmək istədi 

 27-06-2023

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

"Ölkə.Az" xəbər verir ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Turxan Elxan oğlu Həsənliyə tanışı Abşeron rayon sakini Nurayə Vilayət qızı Kərimovanın gətirdiyi sovqata və əşyalarına baxış keçirilən zaman sovqatın içərisində 0,5 kiloqram çəkidə olan şəkər tozuna qarışdırılaraq xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 2,487 qram olan psixotrop maddə - metamfetamin və ona məxsus əl çantasının içərisində 6 ədəd bükülüdə ümumi çəkisi 27,203 qram olan narkotik maddə - marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.36974716186523