Bakıda keçmiş arvadını və oğlunu güllələyən 67 yaşlı kişiyə hökm oxunub

 26-06-2023

Bakıda keçmiş arvadını və oğlunu öldürməyə cəhddə təqsirləndirilən Eldar Dadaşova hökm oxunub və o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə ötən il noyabrın 13-də Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü E.Dadaşov şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı keçmiş arvadı, 1958-ci il təvəllüdlü Nazilə Pirimova və oğlu 1988-ci il təvəllüdlü Ağaəli Dadaşovanı ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürmələrinə cəhd edib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

E.Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bənzər yazılar

0.33566284179688