Neftyığma məntəqəsində yanğın təlimi - VİDEO

 25-06-2023

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən SOCAR-ın N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Daşgil neftyığma məntəqəsində “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.

Bu barədə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların saxlanıldığı çənlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Ətraflı

Təlim zamanı çənlər parkında baş vermiş şərti yanğınla əlaqədar hadisə yerinə operativ çatan yanğından mühafizə bölmələri tərəfindən “yanğın” qısa müddətdə “məhdudlaşdırılaraq söndürülüb”.

Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin, Bakı şəhərinin Qaradağ və Səbail Rayon Yanğından Mühafizə hissələrinin, həmçinin, Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin ümumilikdə 19 texnika və 108 nəfər şəxsi heyəti cəlb olunub.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Bənzər yazılar

0.31792783737183