Əhalinin NƏZƏRİNƏ! - Bu ərazilərdə su fasilə ilə veriləcək

 20-06-2023

Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb.

Bu barədə Ölkə.az "Azərsu" ASC-dən bildirilib.

Bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək.

Abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edirik.

Bənzər yazılar

0.34103178977966