“Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə 43 milyon manat əlavə maya qoyulub

 15-06-2023

“Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı artırılıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.

Məlumata əsasən, AİŞ-in nizamnamə kapitalı 43 milyon manat və ya 19% artırılmaqla 267 manata yüksəldilib.

 

“Azərbaycan İnvestisiya Şirkəti” 2006-cı ildə Azərbaycan Prezidentinin fərmanı ilə təsis edilib. AİŞ Azərbaycanda investisiya fəaliyyətinin məqsədini, əsasən, ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsini təşkil edir. AİŞ-in bütün payları Azərbaycan dövlətinə məxsusdur.

AİŞ indiyə qədər Azərbaycan iqtisadiyyatına 184.6 mln. ABŞ dolları investisiya yatırıb.

Şirkətin cari portfelində “Səba” ASC, “Milk-Pro” MMC, “Diamed Co”, “Azərsun İstehsalat və Logistika Mərkəzi” MMC “Bakı Gəmiqayırma Zavodu” MMC, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC, “Balacans Agro Food” MMC kimi layihələr var. Şirkət bir çox şirkətlərin nizamnamə kapitalında həmçinin paya malikdir.

Bənzər yazılar

0.12208795547485