Tutu Məmmədova: "Laçınlı övladlara dərs demək istəyirəm"

 15-06-2023

"31 ildir Bakıda riyaziyyat müəllimi kimi çalışıram. İndi isə laçınlı övladlara dərs demək, onların təhsilində rol oynamaq istəyirəm".

Bu fikirləri "Report"a Laçına qayıdan keçmiş məcburi köçkün Tutu Məmmədova deyib.

"Çox sevincliyəm. Sevinirəm ki, öz vətənimə qayıtdım, üzərimizdən məcburi köçkün adı götürüldü. Torpaqlarımızı işğaldan azad etdiyi, bizi yenidən torpaqlarımıza qaytardığı üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ruhları qarşısında baş əyirəm, qazilərimizə şəfa diləyirəm", - deyə o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. İyunun 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Laçına yola salınıb və daha 22 ailə - 72 nəfər doğma yurda dönüşün sevincini yaşayıb. Bundan əvvəl isə Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülmüşdü.

Bənzər yazılar

0.36239910125732