Küçədə tanımadığı şəxsi döyənə elektron qolbaq taxıldı

 13-06-2023

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Mahir Məlikovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilib. Təqsirləndirilən şəxs 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası saxlanılıb.

İttihama görə, 2000-ci il təvəllüdlü Mahir Məlikov idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsində hərəkət edərkən yolun kənarında dayanmış zərərçəkmiş Səməd Quliyevi (şərti) görüb. O, zərərçəkmişdən küçədə dayanma səbəbini soruşub. Səməd Xırdalan şəhərində yaşamasını deyərək gülümsəyib. Mahir isə avtomobildən düşüb heç bir əsaslı səbəb olmadan onun sifətinə yumruqla vurub, yerə yıxıb. Daha sonra təqsirləndirilən şəxs öz hərəkətlərinə davam edərək ayaqla da zərərçəkmiş şəxsi vuraraq ona yüngül zərər yetirib.

Bənzər yazılar

0.3870530128479