"ARAZ supermarket"lə əməkdaşı arasında çəkişmə - İş məhkəməlik oldu

 08-06-2023

"ARAZ SUPERMARKET" MMC məhkəməlik olub. 

32gun.az-ın məlumatına görə, marketin keçmiş əməkdaşı Əhmədov Elnur Məmməd oğlu işdən haqsız olaraq çıxarıldığını iddia edərək Nəsimi Rayon Məhkəməsinə baş vurub.

İşin mahiyyəti Əmək mübahisələri - İşə bərpa məsələlərindən ibarətdir. 

Bildirək ki, "ARAZ SUPERMARKET" MMC-nin İdarə heyətinin sədri Rəşad İbrahimovdur, nizamanmə kapitalı isə 7055020 AZN-dir. 

06.01.2011-ci ildə dövlət qeydiyyatına alınan şikrətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mərdanov Qardaşları, ev 137-dir.

Xatırladaq ki "Araz supermarketlər əbəkəsi Veysəloğlu Şirkətlər Qrupuna daxildir.  "Veysəloğlu" distribütor şirkətinin qurucuları Aydın Veysəloğlu, İlqar Talıbov və Bəxtiyar Allahverdidir.  

"Veysəloğlu" Şirkətlər Qrupunun prezidenti Aydın Veysəl oğlu Talıbovdur.

Bənzər yazılar

0.2940309047699