Zərdab Rayon İcra Hakimiyyəti başçısının Zərdab Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi iki binanın dam örtüyünün təmirinə 38.206,27 AZN xərcləyəcək.
Qaynarinfo.az xəbər verir ki, nümayəndəlik bununla bağlı kotirovka sorğusu keçirib. Sorğunun qalibi isə "Qarabağ İnşaat-2016” MMC olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qarabağ İnşaat-2016” MMC 4 aprel 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Ağcabədi rayonun Avşar kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi isə Camalxanov Rövşən İbrahim oğludur.
Rövşən Camalxanov bundan başqa daha iki şirkətin qanuni təmsilçisidir. Bunlar "Elçin-TTQİ” MMC və "RCİ-İnkişaf 2014” MMC-dir.
Araşdırmalarımız zamanı bəlli olub ki, Rövşən Camalxanovun qanuni təmsilçisi olduğu hər üç şirkət tenderlərdə fəal iştirak edir.
"Elçin-TTQİ” MMC 18 fevral 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN-dir.
"RCİ-İnkişaf 2014” MMC 28 APREL 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Bu şirkətin hazırda 4906.97 AZN vergi borcu var.
"Elçin-TTQİ” MMC ilə "RCİ-İnkişaf 2014” MMC-nin hüquq ünvanı eynidir. Hər iki şirkət Ağcəbədi şəhəri, Heydər Əliyev prosoektində yerləşir.
Dövlət satınlamlarının vahid elektron portalında yerləşdirilən məlumatlara diqqət etdikdə məlum olur ki, bu şirkətin əsas sifatrişçləri icra hakimiyyətləridir.
Mənbə Qaynarinfo.az