Yataqxanada olan ailələri məcburi köçürürlər? - VİDEO

 03-06-2023

Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bünyadzadə 4 ünvanında yaşayan 8 ailə iddia edir ki, özəl tikinti şirkətlərindən biri onları məskunlaşdıqları binadan çıxarmaq istəyir.

Xezerxeber.az xəbər verir ki, sakinlərin iddiasına əvvəlcə ərazi üzrə məsul şəxs olduğunu bildirən Misir Mahmudov münasibət bildirib.

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ərazidəki 4, 5 və 7 saylı yataqxanalarda müvəqqəti məskunlaşmış ailələrlə bağlı məlumatlı olduqlarını deyiblər”.

Qaradağ rayon İcra Hakimiyyətindən bildirilib ki, nəinki sakinlərin şikayətçi olduğu 4 saylı yataqxananın, hətta ətrafdakı digər qəzalı vəziyyətdə olan yataqxanaların da sakinləri bina qəzalı vəziyyətdə olduğuna görə köçürüləcəklər.

Hazırda yataqxanada məskunlaşan iki azyaşlı övladı olan Ağdam və Laçın sakinləri üçün tezliklə rayon ərazisində müvəqqəti məskunlaşmaq üçün yer də ayrılacaq.

Daha ətraflı süjetdə:

Bənzər yazılar

0.32782697677612