Ağbirçək narkoman nənə: “Yoldaşım narkotikdən istifadəyə məcbur edirdi” - VİDEO

 03-06-2023

“Həyat yoldaşım məni döyüb, narkotikdən istifadəyə məcbur edirdi”.

Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində həyat hekayəsini danışan Zəhra adlı qadın deyib.

Hazırda küçələrdə yaşadığını söyləyən qadının sözlərinə görə, 3 il əvvəl vəfat edən həyat yoldaşı həm narkotik, həm də spirtli içki aludəçisi olub:

“Qızıllarımı, valideynlərimdən qalan mirasımı satıb, narkotikə verirdi. Sonra da qaraciyər sirrozu oldu”.

O iddia edir ki, yaşadığı məhəllədəki narkotik istifadəçiləri tərəfindən döyülərək pulu əlindən alınır.

Səhhətində problemlər olan qadın sığınacağa yerləşdirilməyə razı olduqdan sonra onun vəziyyəti ilə əlaqədar Sosial Xidmətlər Agentliyinə müraciət olunub.

Daha ətraflı süjetdə:

Bənzər yazılar

0.13109493255615