"Kristal Abşeron" deputatdan alınır? – ŞOK İDDİA

 01-06-2023

Məlum olduğu kimi ölkənin tikinti bazarında böyük paya malik olan və aşkar şəkildə rəsmi dairələr tərəfindən dövlətin rıçaqları hesabına dəstəklənən “Kristal Abşeron” 20 yaşını qeyd edib.

Dia.az xəbər verir ki, yubiley tədbiri may ayının 26-sı “Gülüstan sarayı”nda “Kristal Abşeron”un kollektivi, dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı ilə baş tutub.

Qeyd edək ki, bu yubiley tədbiri ilə bağlı yerli KİV-ə nədənsə bir neçə gün sonra açıqlama verilib. Halbuki mətbuatla işləməyə yetərincə həvəsli olan “Kristal Abşeron” üçün bu vəziyyət heç də ənənəvi hesab olunmur. Elə buna görə də ortaya şübhələr yaradan müzakirələr də atılıb.

Bununla bağlı Dia.az -a danışan məlumatlı mənbə diqqət yönəldiləsi məsələnin təkcə qeyd olunan məqamdan ibarət olmadığını bildirib.

Mənbə iddia edir ki, deputat Ağalar Vəliyevə aid olan “Kristal Abşeron”la bağlı yaxın günlərdə böyük dəyişikliklər baş verəcək.

“Ağalar Vəliyevin adı kifayət qədər şübhəli maliyyə dairələri ilə qoşa çəkilməkdədir. Onun rusiyalı ortaqlarından birinə tətbiq olunan sanksiya üzündən “Kristal Abşeron” şefinin də xaricə ötürdüyü böyük həcmli vəsaitlərin aqibəti şübhə altına düşüb.

Bu da hazırda Ağalar Vəliyevin arxasında dayanan siyasi dairələri də düşündürdüyündən, həm də artıq “Kristal Abşeron”un “milliləşdirilməsi” zərurətə çevrildiyindən yeni proseslər baş verə bilər. Yaxın günlərdə yenilikləri gözləyək…”

Qarşı tərəfin mövqelərini dinləyə bilərik.

Mənbə Dia.az

Bənzər yazılar

0.43413496017456