Nazir Muxtar Babayev kürəkəninə 30 hektar meşə torpağı hədiyyə edib? - ŞOK İDDİA

 02-06-2023

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin ötən il Qusarda 30 hektar meşə torpağını öz kürəkəninə hədiyyə etdiyi barədə xəbər yayılıb.

Məlumatı Gundelik-baku.com saytı yayıb:

Ekologiya naziri Muxtar Babayev Quba meşəbəyliyinin 96 və 97-ci kvartallarında yerləşən meşə fondunun 210 ha- torpaqlarını ayrı-ayrı işbazlara bağ salmaq (gilas, alma armud) adı altında qanunsuz olaraq icarə müqaviləsi bağlayaraq satmışdır.

Həmin 210 ha-ın 30 ha-nı isə cənab nazir Quba rayonunda yaşayan bacısının kürəkəninə peşkəş etmişdir. Və bu sövdələşmədə Elxan Bəşirov vasitəçi olub. Kimin şübhəsi varsa, buyursun Elxan Bəşrovun mətbuata verdiyi cavaba nəzər salsın.

ETSN-nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru Elxan Baxışov yazır: “ETSN-nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi tərəfindən keçirilmiş tenderlərdə bütün satınalmalar dövlət satınalmalarının vahid internet portalı ilə açıq müsabiqə metodu ilə həyata keçirilmişdir. Və mətbuatda yazılanlar şər-böhtandır”.



Fizuli Babayevin 100000 manata satlığa qoyduğu 3 ha meşə fondu torpağı

Xatırladaq ki, ifadetv.com-un (Tarix: ) yaydığı məlumtda bildirilirdi:

"2018-ci ildə, yəni M.Babayevin nazi təyin ediləndən sonra ETSN-nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru vəzifəsinə , əslən Qubadan olan həmyerlisi nazirin əmisioğlu kimi özünü  ictimaiyyətə bəyan edən Fizuli Babayev gətirildi.

Bəs sonra nələr baş verdi? Bu idarədə baş verənləri- külli miqdarda dövlət əmlakının talanması ilə müşayət olunan korrupsiya hüquqpozmalarının cüzi bir hissəsini biz 2021-ci və 2022-ci ildə silsilə araşdırmalarımızla işıqlandırmışıq. Amma nə fayda. Azərbaycan Respublikasının Baş Prokurorluğun müraciətlər şöbəsinin müdiri cənab Yadigar Aslanlı hər dəfə ifadetv.com-un redaksiyasına göndərdiyi rəsmi məktublarda bildirirdi ki, qaldırdığınız faktlar araşdırılması üçün ETSN rəhbərliyinə göndərilmişdir.

Yəni, Baş Prokurorluq səviyyəsində bu formal cavabla bir daha təsdiq edilir ki, 2007-ci ildə Azərbaycanda qəbul olunmuş "İnzibati icraat haqqında" Qanunun tələbləri kobud formada pozulmuşdur. Yəni,  rəsmilərimiz kolxoz dövrünün qanunları ilə işləməyə üstünlük verirlər.

Belə ki, o vaxt da kolxozçu kolxoz sədrinin özbaşnalığından yuxarı orqanlara şikayət etdiyi zaman şikayətin araşdırılması elə kolxoz sədrinin özünə tapşırılırdı. Kolxoz sədri də şikayətçini otağına dəvət edərdi və bircə yaxşı şilləni qulağının dibinə vurub başa salardı ki, "bala get işinnən məşğul ol, bir də belə səhv eləmə". 

Sonda ifadetv.com saytında ictimailəşdirilən yazıda o da qeyd edilib ki, "tender" müsabiqələrində hər dəfə "QALİB" elan olunan eyni mmc-lər,  Nizamnamə kapitalları 10 manat göstərilməklə heç bir texniki və işçi bazasına malik olmayan, tenderlərdə qalib olmaq üçün tezbazar formal yenicə qeydiyyatdan keçən mmc-lərdir.

Elxan müəllimdən fərqli olaraq düşünürük ki, dövlətin hər il satınalmalar üçün ayırdığı pullar konkret olaraq ayrı-ayrı bölgələrdə Regional Meşə Təsərrüfatı Mərkəzləri ilə işləyən və "kurator" adlanan idarənin işçiləri tərəfindən kağız və bank hesabları ilə maliyyə maxenasiyaları ( vergidən yayınma və sosial ödənişlərin həyata keçirilməməsilə müşayət olunan) ilə mənimsənilərək sonda köçürülüən vəsaitlərin 90 %-i Fizuli Babayev kimi direktorların xidmət otağına Elsevər kimi, Vüqar kimi kuratorların portfellərində daşınır.

Belə olmasaydı, xəbər verdiyimiz kimi, cənab Fizuli Babayev Quba rayonunda dağlar qoynunda cənab nazir M.Babayev üçün möhtəşəm hotelin tikintisinə heç vaxt başlamazdı. Təbii ki, dəyəri 4.5 milyon dollar olan bu hotelin tikintisi üçün tələb olunan bütün xərcləri Fizuli Babayev nə öz cibindən, nə də dədəsinin rayonda yerləşən 4 otaqlı mənzilini satıb inşa etdirə bilməzdi.

Yəni bizə məlumdur ki, sabiq direktor işlədiyi 3 il ərzində dövlət büdcəsindən ETSN-nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinə hər il üçün ayrılan milyonları mənimsəyib ki, belə bir böyük layihənin icrasına başlasın.  Nazirə məxsus hoteldə tamamlama işlərinin yekunlaşması üçün indi də Fizuli Babayev 3 il əvvəl ona ETSN-nin Quba Regional Meşə Təsəsrrüfatı tərəfindən uzunmüddətli icarəyə verilmiş 3 ha torpaq sahəsindən istifadə etmədən 100000 manata satışa çıxarıb. 

Məsələ ilə bağlı qarşı tərəf mövqe bildirə bilər.

Mənbələr
Gundelik-baku.com
ifadetv.com

Bənzər yazılar

0.38496994972229