“Mercury Group 313” şirkətinin rəhbərinə qarşı DƏLƏDUZLUQ: “Aldadıb 89 min dollar ödətdirdilər”

 31-05-2022

Bakıda fəaliyyət göstərən və beynəlxalq yükdaşımalar üzrə ixisaslaşmış “Mercury Group 313” şirkəti hüquq-mühafizə orqanlarına müraciət edib.

Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, şirkət rəhbərliyi Səbail Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, “ACTB Servis” MMC-nin rəhbəri Sergey Romanov onları aldadaraq külli miqdarda vəsaitlərini ələ keçirib. Müraciətdə bildirilib ki, 1972-ci il təvəllüdlü S.Romanov “Mercury Group 313” şirkətini aldadaraq öz bank hesabına 89 322 dollar ödətdirib.

Müraciətlə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, “Mercury Group 313” şirkəti yüklərin beynəlxalq daşınması və çatdırılması sahəsi üzrə fəaliyyət göstərir və mərkəzi ofisi Gürcüstanın Poti şəhərində yerləşir. Şirkət həmçinin Azərbaycanda da fəaliyyət göstərir.

Bənzər yazılar

1.1423561573029